Rusiyada yanan evdə 7 nəfərin cəsədi aşkarlanıb - YENİLƏNİB

Rusiyada yanan evdə 7 nəfərin cəsədi aşkarlanıb - YENİLƏNİB
# 17 iyul 2022 10:45 (UTC +04:00)

Rusiyanın Tomsk vilayətinin Kolbinka kəndində yaşayış evində yanğın olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Omsk vilayət İdarəsi məlumat yayıb.

Birmərtəbəli taxta evdə gecə saat 01.18 radələrində baş verən yanğın saat 06.31 radələrində söndürülüb. Yanğın söndürüldükdən sonra evdə 5-i uşaq olmaqla, 7 nəfərin cəsədi aşkarlanıb.

***

saat 07.17

Rusiyanın Tomsk vilayətində yaşayış binasında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yanğın Tomsk vilayətinin Molçanovski rayonundakı mənzildə baş verib.

Hadisə nəticəsində 4-ü uşaq olmaqla, 6 nəfər dünyasını dəyişib.

Faciənin nədən baş verdiyi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR