Rusiyada yanğın olub, biri uşaq olmaqla üç nəfər ölüb

Barnaul

© APA | Barnaul

# 01 dekabr 2022 09:41 (UTC +04:00)

Rusiyanın Barnaul şəhərindəki inzibati binaya bitişik əlavə tikilidə baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Barnaul şəhər administrasiyasının mətbuat xidməti bildirib.

"Bu gün təxminən saat 04:25 radələrində baş verən yanğın zamanı biri uşaq olmaqla 3 nəfər həlak olub. Hadisənin səbəbi müəyyənləşdirilir", - məlumatda deyilir.

Altay diyarı prokurorunun köməkçisi Mariya Antoşkina bildirib ki, faktla bağlı araşdırma aparılır.

Həmçinin əlavə olunub ki, inzibati binada Memar Evi yerləşir və bu taxtadan tikilmiş binanın əlavə hissəsi yanıb. Bina 20-ci əsrin əvvəllərində tikilmiş tarixi binadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR