Rusiyada yanğında ana və iki övladı ölüb, üç nəfər xəsarət alıb

Rusiyada yanğında ana və iki övladı ölüb, üç nəfər xəsarət alıb
# 05 noyabr 2019 11:35 (UTC +04:00)

Rusiyada ölümlə nəticələnən yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Başqırdıstan Respublikasının Tatışlinsk rayonunda kəndlərdən birində baş vermiş yanğında ana və iki övladı yanaraq ölüb.

Hadisə noyabrın 5-nə keçən gecə fərdi evdə qeydə alınıb.

Yanğın söndürülərkən 29 yaşlı ananın və iki övladının - 2 və 8 yaşlı uşaqların meyiti aşkarlanıb.

Bundan başqa, üç kişi yanğında müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR