Rusiyanın bir sıra ərazilərində yanğın səbəbindən meşələrə giriş qadağan edilib - YENİLƏNİB

Rusiyanın bir sıra ərazilərində yanğın səbəbindən meşələrə giriş qadağan edilib - YENİLƏNİB
# 19 avqust 2022 09:12 (UTC +04:00)

Rusiyanın Nijeqorod vilayətində bir sıra ərazilərdə meşələrə giriş qadağan edilib.

APA Nijeqorod Rayon Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 rayonda meşələrə giriş qadağası tətbiq edilib. Qadağa yanğın təhlükəsi, eləcə də isti və quraq hava ilə əlaqədar avqustun 29-dək davam edəcək.

Bir çox ərazilərdə əsas yollar istisna olmaqla, avtomobillərin meşələrə daxil olmasına da qadağa qoyulub.

Hazırda Vorotında yanğının ümumi sahəsi 3,3 min hektardır.

Aktiv yanğınların davam etdiyi ərazi 800 hektar meşə massivini əhatə edir.

00:33

Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin meşə yanğını ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

O vurğulayıb ki, fövqəladə vəziyyətin tətbiqi hadisənin aradan qaldırılması üçün əlavə qüvvə və vasitələrin, işləyən insanların qida və su ilə təmin edilməsinə vəsaitin ən səmərəli şəkildə ayrılmasına imkan verəcək.

Nikitin qeyd edib ki, ərazi fövqəladə hallar sisteminin bütün mümkün qüvvələri tərəfindən nəzarətdədir.

Tümendən hava-desant qoşunlarının cəlb edilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR