Rusiyada yaşayış binasında yanğın olub, 17 nəfər xəsarət alıb

Yanğın

© APA | Yanğın

# 05 yanvar 2023 17:34 (UTC +04:00)

Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Çeboksarı şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 17 nəfər xəsarət alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Xəsarət alanlar arasında 8 uşaq da var.

"Son məlumatlara görə, yanğın zamanı 8-i uşaq, 9-u böyük olmaqla 17 nəfər xəsarət alıb. Uşaqların hamısı xəstəxanaya göndərilib və onlardan ikisinin vəziyyəti ağırdır. Böyüklərə gəlincə isə, 8-i xəstəxanaya yerləşdirilib və bir nəfər ambulator müalicəyə göndərilib”, - qeyd olunub.

Həmçinin 40-dan çox insanın yanğından xilas edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR