Rusiyada yaşayış binasında yanğın zamanı biri uşaq olmaqla 3 nəfər ölüb

Rusiyada yaşayış binasında yanğın zamanı biri uşaq olmaqla 3 nəfər ölüb
# 26 dekabr 2021 23:02 (UTC +04:00)

Rusiyanın Saratov vilayətində yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə regional Fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisə bu gün axşam saatlarında Aleksandrov-Qayski rayonunun Aleksandrov Qay kəndində qeydə alınıb.

Yanğın söndürülüb. Dağıntılar altından biri uşaq olmaqla üç nəfərin cəsədi tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR