Rusiyada yay düşərgəsində kütləvi zəhərlənmə qeydə alınıb

Rusiyada yay düşərgəsində kütləvi zəhərlənmə qeydə alınıb
# 17 iyul 2019 07:26 (UTC +04:00)

Vladivostok yaxınlığında yerləşən yay düşərgələrindən birində istirahət edən 25 uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, ilkin məlumata görə, səbəb kimi düşərkədəki antisantitariya göstərilir.

Bu səbəbdən burada uşaqlar kəskin bağırsaq infeksiyasına yoluxub.

Uşaqların əksəriyyətinin xəstəxanadan buraxıldığı deyilsə də, 4-nün vəziyyəti ağır olduğundan müalicəsi davam etdirilməkdədir.

Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
Düşərgənin bağlanıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR