Rusiyada yay düşərgəsində yanğın zamanı 4 uşaq xəsarət alıb, 1-i ölüb

Rusiyada yay düşərgəsində yanğın zamanı 4 uşaq xəsarət alıb, 1-i ölüb
# 23 iyul 2019 02:15 (UTC +04:00)


Rusiyanın Xabarovsk vilayətində yay düşərgəsində güclü yanğın olub.

APA “TASS”a istinadla xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 11-13 yaş aralığında dörd uşaq müxtəlif dərəcələrdə yanığ xəsarəti alıb, biri isə ölüb.


Məlumata görə, "Xoldomi” düşərgəsində uşaqlar üçün qurulmuş 26 çadırdan 20-si yanıb.

Yaralılar Solneçno rayon xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşının sözlərinə görə, yanğın zamanı düşərgədə 189 uşaq olub. Onlar müvəqqəti olaraq istirahət mərkəzindəki bir kotecdə yerləşdirilib, çadırla təmin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR