Rusiyada Yeni il şənliyində pirotexniki vasitə şagirdin 2 barmağını qoparıb

Rusiyada Yeni il şənliyində pirotexniki vasitə şagirdin 2 barmağını qoparıb
# 01 yanvar 2022 21:11 (UTC +04:00)

Moskava ətrafında yerləşən orta məktəblərdən birində keçirilən Yeni il şənliyi zamanı xoşagəlməz hadisə baş verib.

APA vesti.ru-ya istinadən xəbər verir ki, 15 yaşlı şagird pirotexniki vasitəni alışdırarkən onu əlindən buraxmaqda gecikib. Nəticədə pirotexniki vasitə məktəblinin əlində partlayıb, 2 barmağını qoparıb.

Məktəblini xəstəxanaya yerləşdirilib, vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.

Prokurorluq hadisənin başvermə şəraitini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR