Rusiyada yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb

Rusiyada yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb
# 04 may 2022 07:48 (UTC +04:00)

Rostov vilayətində mikroavtobus qəzaya uğrayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində üçü uşaq olmaqla altı nəfər ölüb.

Qəza gecə saatlarında vilayətin Krasnosulinski rayonunda baş verib.

İlkin məlumatlara görə, “VAZ-2112”nin sürücüsü qarşı zolağa çıxıb və salonunda beş sərnişinin olduğu “Mercedes-Benz Viano” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü və üçü uşaq olmaqla beş sərnişin ölüb. “Mercedes”in dörd sərnişini xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR