Rusiyada yük gəmisi ilə qayıq toqquşub, dörd nəfər ölüb

Rusiyada yük gəmisi ilə qayıq toqquşub, dörd nəfər ölüb
# 13 iyun 2022 08:42 (UTC +04:00)

Rusiyada barj (enli, adətən yedəkdə aparılan böyük yük gəmisi) ilə qayıq toqquşub.

APA "REN TV" saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.

Hadisə Volqa çayının 1147-ci kilometrliyində - Çuvaş Respublikasının Morqauşski rayonunda baş verib.

"Voyager 670" Kateri tam hərəkətdə Teneevodan Kolomenskoya gedən "Kolomenskiy" yük gəmisinə çırpılıb.

Qayıqda olan sərnişinlər həlak olduğu, yük gəmisinin ekipaj üzvləri arasında qurbanların olmadığı bildirilir.

Hazırda insanların sahilə çıxarılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR