Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb
# 01 may 2023 12:20 (UTC +04:00)

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, nəqlin dayandırılması 1-4 may tarixlərində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır.

Ermənistan istehlakçılarının qaz təchizatı indi daxili ehtiyatlar hesabına həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR