Rusiyadan patron və gilizlərin ixracına bu ilin sonuna qədər qadağa qoyulub

Mixail Mişustin

© APA | Mixail Mişustin

# 31 may 2023 12:20 (UTC +04:00)

Rusiya Nazirlər Kabineti ölkədən patron və gilizlərin ixracına bu ilin sonuna qədər qadağa qoyub.

APA xəbər verir ki, bu barədə hökumətin saytında məlumat dərc edilib.

Qeyd olunub ki, Rusiya Baş naziri Mixail Mişustin mülki və xidməti silahlar üçün patronların, habelə müəyyən çaplı odlu silahlar üçün patronların gilizlərinin ölkədən çıxarılmasına müvəqqəti qadağanın tətbiqini təsdiqləyib.

İmzalanan qərara əsasən, qadağa bu il 31 dekabradək qüvvədə olacaq və dövlətin maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR