Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər

Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər
# 19 iyul 2019 20:38 (UTC +04:00)

Rusiya Reqbi Federasiyası avqustun 27-də Tbilisidə keçiriləcək oyunda iştirakdan imtina edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, federasiya bunu rusiyalı millət vəkillərinin Gürcüstana gəlməsindən sonra ölkədə yaranan ictimi-siyasi vəziyyətlə əlaqələndirib.

"Rusiya Reqbi Federasiyası Gürcüstanda, xüsusilə də Tbilisidə baş verən hadisələrlə əlaqədar dərin narahatlıq keçirir. Təəssüf ki, Gürcüstan ərazisindəki insanların ritorikası ictimai qayda-qanunun pozulmasına və bu ölkədəki insanların həyatına təhlükə yaranmasına səbəb olur. Yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya Reqbi Federasiyası Gürcüstanla Rusiya arasında keçiriləcək oyunun, böyük ehtimal ki, baş tutmayacağını bildirir", - deyə federasiyanın bəyanatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR