Rusiyalı səfir: “NATO və ABŞ-la danışıqlar hələlik konkret nəticə verməyib”

Rusiyalı səfir: “NATO və ABŞ-la danışıqlar hələlik konkret nəticə verməyib”
# 16 yanvar 2022 00:10 (UTC +04:00)

“NATO və ABŞ-la danışıqlardan sonra konkret nəticə yoxdur”.

APA xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz “Facebook” səhifəsində yazıb.

Səfirin sözlərinə görə, dialoq hələlik konkret nəticə verməyib və onun davamı alyans ölkələrinin Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə reaksiyasından asılıdır.

Antonov əlavə edib ki, Rusiya dialoqu davam etdirməyə hazırdır.

O, həmçinin, bildirib ki, Ukraynadakı vəziyyət danışıqların gündəmində deyil, NATO-nun Brüsseldə keçirilən məsləhətləşmələrində yalnız ikinci dərəcəli mövzu kimi qeyd olunub.

Rusiyalı diplomat Şimali Atlantika blokunun şərq istiqamətində davam edən irəliləyişini Rusiyanın milli təhlükəsizliyinə əsas təhdidlərdən biri adlandırıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə yanvarın 12-də keçirilən Rusiya-NATO Şurasının iclasının yekunlarına dair telefon danışıqları zamanı Vaşinqton və alyansın Moskva ilə yeni görüş keçirməyə hazır olduqlarını bəyan ediblər. Tərəflər diplomatik qarşılıqlı fəaliyyət və qarşılıqlı dialoqun davam etdirilməsinə sadiq olduqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR