Rusiyalı zənginlərin sərvəti ilin əvvəlindən 83,4 milyard dollar azalıb

Rusiyalı zənginlərin sərvəti ilin əvvəlindən 83,4 milyard dollar azalıb
# 01 noyabr 2022 14:08 (UTC +04:00)

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən 83,4 milyard dollar azalıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Bloomberg agentliyinin dərc etdiyi "Milyarderlərin indeksi" ("Billionaires Index") məlumatında bildirilib.

Sərvəti azalan rusiyalı iş adamları siyahısına Norilsk Nikel mədən-metallurgiya şirkətinin və “İnterros” holdinqinin prezidenti Vladimir Potanin də daxildir. Onun sərvəti 1,08 milyard dollar azalaraq 29,8 milyard dollar təşkil edib.

“Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson bu ilin yanvarından 5 milyard dollar itirib. Onun sərvəti 27,4 milyard dollar dəyərinə qiymətləndirilir.

“Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov 7,78 milyard dollar itirib, indi onun 21,1 milyard dolları var.

Rusiyanın kapitalı azalan ən varlı sahibkarlar siyahısında həmçinin 7,8 milyard dollar itirdikdən sonra sərvəti 20,2 milyard dollar olan NLMK-nın Direktorlar Şurasının sədri Vladimir Lisin də var.

Siyahıda Azərbaycan əsilli iş adamı, “Lukoyl”un eks-prezidenti Vahid Ələkbərovun da adı var. Həmyerlimizin bu il 1,86 milyard dollar itirdiyi qeyd olunub.

“Metalloinvest” holdinqinin sahib özbək əsilli iş adamı Əlişir Usmanov isə 3,38 milyard dollar itirib.

Qeyd edək ki, Bloomberg 2012-ci ilin mart ayından etibarən planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı Milyarderlər İndeksini dərc edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR