Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək  

Mixail Mişustin

© APA | Mixail Mişustin

# 30 iyun 2022 01:29 (UTC +04:00)

Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcəklər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

"Bu yaxınlarda xarici işlər nazirimiz Bakıda idi. Onu qəbul etməyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Baş nazirimiz və Dövlət Dumasının sədrinin Azərbaycana səfərləri hazırlanır", - deyə Rusiya prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR