Rusiyanın Belqorod vilayətində silah anbarında yanğın olub - YENİLƏNİB

Rusiyanın Belqorod vilayətində silah anbarında yanğın olub - YENİLƏNİB
# 27 aprel 2022 09:59 (UTC +04:00)

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Köhnə Nelidovka kəndinin ərazisində silah anbarında yanğın söndürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qubernator mülki əhali arasında zərərçəkənlərin olmadığını bildirib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

V. Qladkov Rusiya Müdafiə Nazirliyindən açıqlama gözlədiklərini deyib.

***

06.44

Rusiyanın Belqorod vilayətinin Köhnə Nelidovka kəndində sursat anbarı yanır.

APA-nın xəbərinə görə, bu barədə qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

Qubernator qeyd edib ki, mülki tikililər arasında dağını və insan tələfatı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR