Rusiyanın Beynəlxalq Qaz İttifaqının fəaliyyətində iştirakı dayandırılıb

Rusiyanın Beynəlxalq Qaz İttifaqının fəaliyyətində iştirakı dayandırılıb
# 08 may 2022 15:47 (UTC +04:00)

Rusiya şirkətlərinin Beynəlxalq Qaz İttifaqının fəaliyyətində iştirakı dayandırılıb.

APA-nın “İnterfaks”-a istinadən verdiyi xəbərə görə, Rusiyanın “Qazprom” və “Novatek” şirkətləri Beynəlxalq Qaz İttifaqının üzvləri olub.

Rusiya şirkətləri bu il Koreyada təşkil olunacaq sərgiyə də qatıla bilməyəcəklər.

Qeyd edək ki, Beynəlxalq Qaz İttifaqında dünya qaz bazarının 95 faizindən çoxunu təmsil edən 160 assosiasiya və korporasiya bir araya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR