Rusiyanın BMT-dəki nümayəndəsi: Ukraynanı məhv etmək heç vaxt məqsədimiz olmayıb

Vasili Nebenzya

© APA | Vasili Nebenzya

# 18 yanvar 2023 09:57 (UTC +04:00)

Ukraynanı məhv etmək heç vaxt Rusiyanın məqsədi olmayıb, lakin Moskva Ukraynanın rusofob diktatorluğa çevrilməsinə dözməyəcək.

APA xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Bizim dəfələrlə vurğuladığımız kimi, Rusiyanın Ukraynanı bir dövlət kimi ortadan qaldırmaq məqsədi yoxdur və bunu heç vaxt etməyib. Lakin biz bir addımlığımızda nifrət dolu rusofob və anti-xristian diktatorluğun ortaya çıxmasına dözə bilmərik və dözməyəcəyik”, - deyə Nebenzya BMT təhlükəsizlik Şurasının Rusiyanın təşəbbüsü ilə Ukraynada insan haqlarının müzakirəsinə dair keçirilmiş sessiyasında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR