Rusiyanın Cənub Hərbi Dairəsinin döyüş hazırlığı yoxlanılır

Rusiyanın Cənub Hərbi Dairəsinin döyüş hazırlığı yoxlanılır
# 25 yanvar 2022 14:50 (UTC +04:00)

Rusiyanın Cənub Hərbi Dairəsində döyüş hazırlığı yoxlanılır.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin 6 mindən çox hərbçisi həyəcan siqnalı ilə ayağa qaldırılıb.

Onlar müvafiq poliqonlara yerləşdirilərək təlim-döyüş tapşırıqlarının icrasına başlayıblar.

Döyüş hazırlığı Cənub Hərbi Dairəsinin komandanı, ordu generalı Aleksandr Dvornikovun başçılığı altında yoxlanılır.

Prosesə bütün qoşun növləri, o cümlədən Qara dəniz və Xəzər dənizindəki hərbi gəmilər də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR