Rusiyanın Əfqanıstandakı səfirliyinin iki əməkdaşı terror nəticəsində həlak olub 

Rusiyanın Kabildəki səfirliyi

© APA | Rusiyanın Kabildəki səfirliyi

# 05 sentyabr 2022 12:50 (UTC +04:00)

Əfqanıstan paytaxtı Kabildə Rusiya səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində səfirliyin iki əməkdaşı həlak olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, baş verən terror aktı nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı həyatını itirib.

"Sentyabrın 5-də Kabil vaxtı ilə saat 10:50-də Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb. Hücum nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub, ölənlər arasında Əfqanıstan vətəndaşları da var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx təmasdadır", deyə Rusiya XİN-nin yaydığı bəyanatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR