Rusiyanın ən çox spirtli içki içilən regionları açıqlanıb

Rusiyanın ən çox spirtli içki içilən regionları açıqlanıb
# 29 dekabr 2021 11:50 (UTC +04:00)

2021-ci ilin sonunda Rusiyanın ən çox içki içən regionların reytinqinə Çukotka Muxtar Dairəsi, Komi Respublikası və Saxalin vilayəti başçılıq edir.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" "Ayıq Rusiya" federal layihəsinin demoqrafik vəziyyəti ilə bağlı hesabata istinadən xəbər verir.

Ən az alkoqol Çeçenistan, İnquşetiya və Dağıstanda istehlak edilir.

"Regionların 2021-ci ilin ayıqlıq reytinqinə əsasən, sonuncu yeri Çukotka Muxtar Dairəsi, 84-cü yeri Komi Respublikası, 83-cü yeri isə Saxalin vilayəti tutub", - sənəddə deyilir.

Bundan əlavə, Nenets Muxtar Dairəsi və Kirov vilayəti də ən çox içki içən regionlar sırasında yer alıb.

Reytinq alkoqoldan zəhərlənmədən ölənlərin sayı, tibb müəssisələrində alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulmuş xəstələr, sərxoş cinayətlər və rayonda satılan alkoqollu məhsulların litrləri ilə təmiz alkoqollu içkilərin regional həcminə dair məlumatlar əsasında tərtib edilib.

Həmçinin, spirtli içkilərin qeyri-qanuni istehsalı və dövriyyəsi, habelə onun satışı ilə bağlı regional qanunvericiliyin pozulması halları, eyni zamanda, araq, tərkibində etil spirti 25%-dən çox olan alkoqollu içkilər, konyak və konyak içkiləri, təbii şərab, şampan və pivə kimi alkoqollu məhsulların satışının həcmi nəzərə alınıb.

"Group-IB" şirkətinin ekspertləri belə nəticəyə gəliblər ki, "Telegram" messenceri internetdə qeyri-qanuni spirtli içkilərin satışının əsas kanalıdır. Onların hesablamalarına görə, bu il kölgə satışları keçən illə müqayisədə təxminən 10% artaraq təxminən 3 mlrd. rubl (41 mln. ABŞ dolları) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR