Rusiyanın Ermənistandakı bazasının hərbçisinin meyiti tapılıb

 Rusiyanın Ermənistandakı bazasının hərbçisinin meyiti tapılıb
# 11 sentyabr 2019 16:48 (UTC +04:00)

Ermənistanın Gümrü şəhərində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının hərbçisinin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

23 yaşlı hərbçinin bədəni kəsilmiş halda tapılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR