Rusiyanın hərbi dəniz gəmiləri Azərbaycanı tərk edib

Rusiyanın hərbi dəniz gəmiləri Azərbaycanı tərk edib
# 16 avqust 2019 16:31 (UTC +04:00)

Rusiyanın Xəzər flotunun hərbi dəniz gəmiləri Azərbaycanı tərk edib.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, V Beynəlxalq Ordu Oyunlarının "Dəniz kuboku-2019" müsabiqəsində iştirak etmək üçün Bakıya gələn hərbi gəmilərin bu gün təntənəli yola salınma mərasimi keçirilib. Azərbaycann Hərbi Dəniz Qüvvələrinin "Puta" hərbi dəniz bazasında keçirilən mərasimdə Azərbaycan Müdafiə Nazirliyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, avqustun 5-dən 15-nə kimi Bakıda keçirilən "Dəniz kuboku-2019" yarışlarının qalibi Azərbaycan komandası olub. Rusiya Hərbi Dəniz Qüvvələri isə bu yarışda ikinci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR