Rusiyanın Qərb Hərbi Dairəsinə yeni komandan təyin edilib

Rusiyanın Qərb Hərbi Dairəsinə yeni komandan təyin edilib
# 03 oktyabr 2022 17:37 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinə yeni komandan təyin edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, yeni təyin olunan komandan general-leytenant Roman Berdnikovdur.

General-leytenant Roman Berdnikov əvvəllər Şərq Hərbi Dairəsinin birləşmiş silahlı birləşmələrinin komandanı olub, daha sonra Suriyadakı Rusiya qoşun qruplaşmasına komandanlıq edib. Berdnikov 1991-ci ildə Kiyev Suvorov Hərbi Məktəbinin məzun olub.

İstefaya göndərilən general-polkovnik Aleksandr Juravlev 2018-ci ildən Qərb Hərbi Dairəsinin qüvvələrinə komandanlıq edib. Bundan əvvəl isə o, da Berdnikov kimi Suriyada Rusiya qoşun qruplaşmasına komandanlıq edib. 2018-ci ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə o, Rusiya Qəhrəmanı adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR