Rusiyanın sabiq iqtisadi inkişaf naziri həbsdən buraxılıb

Rusiyanın sabiq iqtisadi inkişaf naziri həbsdən buraxılıb
# 12 may 2022 11:35 (UTC +04:00)

Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev həbsdən buraxılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, məhkəmənin Ulyukayevin vaxtından əvvəl azadlığa buraxılması haqqında qərarı icra olunub.

Qeyd edək ki, keçmiş iqtisadi inkişaf naziri 2017-ci ilin dekabrında rüşvət cinayətində ittiham olunaraq həbs olunub. Onun həmin vaxt “Rosneft”in rəhbəri İqor Seçindən 2 milyon dollar rüşvət tələb etdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR