Rusiyanın sabiq iqtisadi inkişaf naziri vaxtından əvvəl azadlığa çıxacaq

Rusiyanın sabiq iqtisadi inkişaf naziri vaxtından əvvəl azadlığa çıxacaq
# 29 aprel 2022 11:03 (UTC +04:00)

Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev vaxtından əvvəl azadlığa çıxacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Tver rayon Məhkəməsi qərar verib.

2017-ci il dekabrın 15-də Aleksey Ulyukayev külli miqdarda rüşvət aldığı üçün 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, mayın 12-də vaxtından əvvəl azadlığa buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR