Rusiyanın Tula vilayətində baş vermiş partlayışda ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada partlayış

© APA | Rusiyada partlayış

# 08 fevral 2023 20:39 (UTC +04:00)

Rusiyanın Tula vilayətinin Yefremov şəhərində qaz partlaması nəticəsində dağılmış binada ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində ölənlərin sayı 8-ə yüksəlib.

Region rəhbəri Aleksey Dyumin bildirib ki, həlak olanların ailələrinə bir milyon rubl veriləcək. Zərərçəkənlərə isə 500 min rubl məbləğində təzminat verilir.

***

Saat 13:34

Rusiyanın Tula vilayətinin Yefremov şəhərində qaz partlaması nəticəsində dağılmış binada ölənlərin sayı 6 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu gün binanın dağıntıları altından 6-cı ölü çıxarılıb.

Xatırladaq ki, dünən yaşayış binasında güclü qaz partlayışı baş verib və nəticədə beşmərtəbəli yaşayış binasının böyük bir hissəsi yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR