Rusiyanın Ukraynada ticarət mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı 18-ə çatıb - VİDEO - YENİLƏNİB-1

Rusiyanın Ukraynada ticarət mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı 18-ə çatıb - VİDEO   - YENİLƏNİB-1
# 28 iyun 2022 10:03 (UTC +04:00)

Rusiya Ordusunun Ukraynanın Kremençuk şəhərində ticarət və əyləncə mərkəzinə raket zərbələri nəticəsində ölənlərin sayı 18-ə çatıb.

APA UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti daha 59 yaralının olduğunu açıqlayıb.

Xidmətdən bildirilib ki, axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***

00.30

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı artıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, hücumda həyatını irtirənlərin sayı 13 nəfərə çatıb. Şəhər administrasiyası yekun rəqəm söyləməyin tez olduğunu bildirib.
Xəstəxanaya yerləşdirilmiş 21 yaralıdan altısının vəziyyəti ağırdır. Otuzadək şəxsə, o cümlədən 2 uşağa ambulator yardım göstərilib.

***

27 iyun 19.26

Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə Rusiya qüvvələri iki raket zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqramda paylaşım edib.

Qeyd edək ki, yanan ticarət mərkəzində mindən çox adamın olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR