Rusiyanın Ukraynadakı qoşunlarının keçmiş komandanına yeni vəzifə verilib

Aleksandr Lapin

© APA | Aleksandr Lapin

# 10 yanvar 2023 11:05 (UTC +04:00)

Rusiyanın Ukraynadakı qoşunlarının keçmiş komandanı Aleksandr Lapin Quru Qoşunlarının Baş Qərargah rəisi təyin olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə RBK Rusiya Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, general-polkovnik Aleksandr Lapin Ukraynakı "Mərkəz" qoşun qruplaşmasının komandanı olub.

Ötən il yay aylarında Rusiya qoşunlarının Ukrayna cəbhəsində ağır məğlubiyyətə uğramasından sonra ordu rəhbərliyi Lapini vəzifədən kənarlaşdırıb. Çeçenistan rəhbəri Ramzan Kadırov Lapini Krasnıy Liman şəhərini Ukrayna qoşunlarına "təhvil" verməkdə günahlandırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR