Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarına rəhbərlik Valeri Gerasimova tapşırılıb

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarına rəhbərlik Valeri Gerasimova tapşırılıb
# 11 yanvar 2023 19:41 (UTC +04:00)

Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata rəhbərlik Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimova tapşırılıb.

APA-nın Moskva müxbiri Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu müvafiq əmr imzalayıb.

Bildirilib ki, Şoyqu xüsusi əməliyyata rəhbərlik etmək üçün yeni təyinatlar edib. Baş Qərargah rəisi Valeri Gerasimov Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Valeri Gerasimovun Birləşmiş Qruplaşmadakı müavinləri Hava Kosmik Qüvvələrin Ali Baş Komandanı, general-polkovnik Sergey Surovikin, Quru Qoşunlarının Ali Baş Komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim təyin olunub.

Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyata rəhbərlik səviyyəsinin yüksəldilməsinin qoşun qruplaşmalarının bütün növ dəstəyinin keyfiyyətinin yüksəldilməsi, komandanlıq və nəzarətinin effektivliyi ilə bağlı olduğunu izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR