Rusiyanın Voronej şəhərində partlayış qeydə alınıb

Rusiyanın Voronej şəhərində partlayış qeydə alınıb
# 27 aprel 2022 07:56 (UTC +04:00)

Voronejin Şilovo mikrorayonunda 2 partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə TASS-a şəhərin fövqəladə hallar xidməti məlumat verib.

“Şilovo mikrorayonunda 2 parlayış səsi eşidilib. əməliyyat qrupu hadisə yerindədir. Təhqiqatçılar bir azdan gələcək” – deyə məlumatda qeyd olunur.

Sosial şəbəkə istifadəçiləri yazırlar ki, bir neçə saat əvvəl HHM sistemi işə düşüb, təyyarələr 2 dəfə havaya qalxıb.

Qeyd edək ki, partlayış səsi eşidilən ərazi hərbi aerodroma yaxındır. Buradan Ukrayna sərhədinə 300 kilometr məsafə var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR