Rusiyanın yeni xarici siyasət konsepsiyası tamamlanmaq üzrədir

Rusiyanın yeni xarici siyasət konsepsiyası tamamlanmaq üzrədir
# 16 yanvar 2023 14:37 (UTC +04:00)

Rusiyanın yeni xarici siyasət konsepsiyası tamamlanmaq üzrədir, o, daha əvvəl bildirildiyi kimi, Təhlükəsizlik Şurasının geniş iclasında deyil, Rusiya Federasiyası Prezidentinin fərmanı ilə təsdiq edilə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiyanın xarici siyasətinin yeni konsepsiyasına əlavələr ediləcək, işlər yekunlaşacaq. Müəyyən əlavə olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiyanın yeni xarici siyasətinin konsepsiyasının 2023-cü ilin əvvəlində ictimaiyyətə açıqlana biləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR