Rusiyaya məxsus "Союз МС-13" peyki orbitə buraxılıb

Rusiyaya məxsus "Союз МС-13" peyki orbitə buraxılıb
# 21 iyul 2019 06:31 (UTC +04:00)

Rusiyanın "Союз МС-13" kosmik gəmisi üç ekipajla (Rus kosmonavt Aleksandr Skvortsov, Amerika astronavtı Endryu Morqan və Avropa Kosmik Agentliyinin astronavt italiyalı Luka Parmitano) orbitə buraxılıb.

APA “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Roskosmos”un baş direktoru Dmitri Roqozin bildirib ki, Beynəlxalq Kosmik Stansiyadan buraxılan peykin uçuşu normal rejimdə həyata keçirilib.

Raket Moskva vaxtı ilə saat 19:28-də orbitə buraxılıb. Məlumata görə, "Союз МС-13" Yer ətrafında dörd dönüş edəcək.

Kosmik gəmi iyulun bu gecə, saat - 01:51-də öz kordinatına çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR