Rusiyaya təxliyə olunan ukraynalıların sayı açıqlanıb

Rusiyaya təxliyə olunan ukraynalıların sayı açıqlanıb
# 20 may 2022 13:54 (UTC +04:00)

Xüsusi hərbi əməliyyat başlayandan bəri Ukraynadan 1,377 milyondan çox mülki şəxs Rusiyaya təxliyə edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, Rusiya Silahlı Qüvvələri dinc əhalinin ölümünün qarşısını almaq üçün hər şeyi edir, bunun üçün humanitar dəhlizlər daim işləyir.

Şoyqu vurğulayıb ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək “DXR” VƏ “LXR”dan, eləcə də Ukraynadan 1 milyon 377 mindən çox insan Rusiyaya təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR