Ruslan Xasbulatov Qroznıda dəfn edilib

Ruslan Xasbulatov Qroznıda dəfn edilib
# 05 yanvar 2023 13:20 (UTC +04:00)

Çeçenistan paytaxtı Qroznıda RSFSR-in Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatovla vida mərasimi keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Xasbulatovun cənazəsi Qroznının Kalinin qəsəbəsindəki evindən çıxarılıb və dini ayinlərə riayət olunmaqla dəfn olunacağı ata-baba kəndi Tolstoy-Yurt ərazisinə aparılıb. Oradakı qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Ruslan Xasbulatov yanvarın 3-də 80 yaşında Moskva vilayətindəki bağ evində vəfat edib. Mərhumun cənazəsi ötən gün axşam saatlarında Qroznıya gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR