Ruslan Xasbulatov vəfat edib

Ruslan Xasbulatov vəfat edib
# 03 yanvar 2023 23:02 (UTC +04:00)

Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Şurasının sonuncu sədri Ruslan Xasbulatov vəfat edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Ruslan İmran oğlu Xasbulatov 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olub.

Rusiyanın siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olan Xasbulatov Rusiya Federasiyası Ali Sovetinin sonuncu sədri olub.

Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, daha sonra isə əsas rəqibi, 1993-cü ildə Rusiya konstitusiya böhranının fəal iştirakçısı olub.

1994-cü ildən ömrünün sonunadək Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR