Ryabkov: Moskva ABŞ-a raket buraxılışları haqda məlumatları könüllü verəcək

Sergey Ryabkov

© APA | Sergey Ryabkov

# 30 mart 2023 14:13 (UTC +04:00)

Rusiya “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakını dayandırıb, lakin Moskva könüllülük əsasında raket buraxılışları haqqında məlumat verməyə davam edəcək.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransı zamanı bəyanatında qeyd edib.

Ryabkov onu da qeyd edib ki, ABŞ raket buraxılışları barədə məlumat verməkdən imtina edərək START öhdəliklərini pozur.

XİN rəhbərinin müavini həmçinin Zaporojye AES ətrafında məsələlərə toxunub:

“Zaporojye AES ətrafında məsələlər tam yekunlaşana qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə Rusiya arasında daimi məsləhətləşmələr davam edir. Rəsmi Kiyev isə Zaporojye AES-in təhlükəsizlik məsələlərinə məhəl qoymur və bu məsələni siyasi ambisiyalarına qurban verməyə hazırdır”, - deyə Ryabkov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR