Sanksiyalara rəğmən Qərb şirkətləri Rusiyadan böyük pullar qazanır

Sanksiyalara rəğmən Qərb şirkətləri Rusiyadan böyük pullar qazanır
# 21 sentyabr 2023 06:33 (UTC +04:00)

Rusiyada fəaliyyətini davam etdirən Qərb şirkətləri 2022-ci ildə ölkədə 18 milyard dollardan çox mənfəət əldə edib.

APA xarici KİV-lərə istinadla xəbər verir ki, ən böyük mənfəəti 4,9 milyard dollarla ABŞ, 2,4 milyard dollarla Almaniya, təxminən 2 milyard dollarla Avstriya və 1 milyard dollarla İsveçrə şirkətləri əldə edib.

Məlumata görə, Avstriyada yerləşən “Raiffeisen Bank” 2022-ci ildə təxminən 2 milyard dollarla qərb firmaları arasında ən böyük Rusiya qazancı əldə edib. Bunu 775 milyon dollarla ABŞ-ın tütün nəhəngi “Philip Morris” və 718 milyon dollarla içki nəhəngi “PepsiCo” izləyib. İsveç yük maşını istehsalçısı “Scania” 2022-ci ildə Rusiyada 621 milyon dollar qazanaraq Rusiya bazarını tərk edən müəssisələr arasında ən çox qazanan şirkət olub.

Bildirilir ki, yüksək mənfəətə görə “dost olmayan” ölkələrdəki şirkətlər qazanclarını geri ala bilməyəcək.

Qeyd edək ki, Moskva Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısını hazırlayıb və bu ölkələri “düşmən” adlandırıb. Bunlara ABŞ, Böyük Britaniya, Aİ ölkələri, Kanada, Yaponiya və başqaları daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR