Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində iştirak edəcək

Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində iştirak edəcək
# 30 may 2023 14:58 (UTC +04:00)

Özbəkistanın hazırkı Prezidenti Şavkat Mirziyoyev ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək.

APA xəbər verir ki, Mirziyoyevin namizədliyi Respublika Liberal Demokrat Partiyası və “Milli bərpa” (Milliy tiklanish demokratik partiyasi) tərəfindən irəli sürülüb.

Prezident postu uğrunda mübarizəyə həmçinin, 50 yaşlı Abduşükür Həmzəyev (Ekologiya Partiyasının lideri), 61 yaşlı Uluqbek İnoyatov (Xalq-demokratik Partiyasının lideri) və 64 yaşlı Robaxon Mahmudova (“Adolat” sosial-demokrat partiyasından nümayəndə) qoşulmaq istəyirlər.

Qeyd edən ki, keçiriləcək seçkilər, ölkədə prezidentlik müddətinin 5 ildən 7 ilə uzadılmasını nəzərdə tutan konstitusiya dəyişikliklərindən sonra baş tutacaq ilk prezident seçkiləri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR