Səfərbərlikdən sonra Qazaxıstana gedən Rusiya vətəndaşlarının sayı açıqlanıb

Səfərbərlikdən sonra Qazaxıstana gedən Rusiya vətəndaşlarının sayı açıqlanıb
# 29 noyabr 2022 10:28 (UTC +04:00)

Rusiyada qismən səfərbərlik elan olunandan sonra Qazaxıstana 400 mindən çox Rusiya vətəndaşı gəlib.

APA “İnterfax”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenova bildirib.

“Biz hər gün məlumatlar mübadiləsi aparırıq və hal-hazırda əlimizdə olan operativ məlumata görə, 21 sentyabrdan indiyə qədər 400 mindən çox Rusiya vətəndaşı Qazaxıstana gəlib. Onların 320 mindən çoxu Qazaxıstanı tərk edib, 100 min nəfərə yaxını isə hələ ölkədədir” – nazir qeyd edib.

Bundan öncə verilmiş məlumatlarda isə 21 sentyabr - 4 oktyabr tarixlərində Rusiyadan Qazaxıstana 200 min nəfərin gəldiyi, 147 min nəfərin isə Qazaxıstanı tərk etdiyi bildirilib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu ilin 21 sentyabrında ölkədə qismən səfərbərlik elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR