Səfir: "Rusiya ilə ABŞ arasında münasibətlər görünməmiş böhran yaşayır"

Səfir: "Rusiya ilə ABŞ arasında münasibətlər görünməmiş böhran yaşayır"
# 29 sentyabr 2022 06:57 (UTC +04:00)

Hazırda Moskva ilə Vaşinqton arasında münasibətlər görünməmiş böhran yaşayır.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoli Antonovun “National Interest” jurnalı üçün məqaləsində qeyd olunub.

“Xatırlatmaq istəyirəm ki, bir neçə il əvvəl biz ikitərəfli dialoqun çətin mərhələsindən danışmışdıq. Ancaq heç kim hadisələrin belə təhlükəli həddə çatacağını ağlına belə gətirə bilməzdi”,- deyə Anatoli Antonov bildrib.

Antonovun fikrincə, illər ərzində çətinliklə yaradılan hər şey, o cümlədən siyasi, iqtisadi, mədəni, elm və təhsil əlaqələri tarixin zibilliyinə atıldı.

Diplomat silahlara nəzarət sahəsində də vəziyyəti kədərli və kimsəsiz mənzərə kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR