Serbiya prezidenti ABŞ dövlət katibi ilə Kosovodakı vəziyyəti müzakirə edib

Serbiya prezidenti ABŞ dövlət katibi ilə Kosovodakı vəziyyəti müzakirə edib
# 02 fevral 2023 00:56 (UTC +04:00)

Serbiya prezidenti Aleksandar Vuçiç ABŞ dövlət katibi Entoni Blinkenlə Kosovo və Metoxiyadakı vəziyyəti müzakirə edib.

APA-nın xəbərinə görə, Serbiya lideri bu barədə İnstaqramda məlumat verib.

“Bu axşam mən ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonda Kosovo və Metoxiyadakı vəziyyət, Serbiyanın Avropa yolu və Serbiya ilə ABŞ arasında ikitərəfli münasibətlər haqqında danışdım. Biz Belqrad və Priştina arasında dialoqa dair fikir mübadiləsi apardıq və mən vurğuladım ki, bütün regionda sülh, sabitlik və təhlükəsiz iqtisadi gələcək Qərbi Balkanlarda yaşayan bütün insanlar üçün əsas məqsədlərdir” – deyə Serbiya rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR