Sergey Lavrov İƏT-in baş katibi ilə görüşüb

 Sergey Lavrov İƏT-in baş katibi ilə görüşüb
# 03 iyul 2019 13:11 (UTC +04:00)

Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə çıxış edən Rusiya XİN başçısı ölkəsinin İƏT-lə aktual məsələlərin müzakirəsini davam etdirmək imkanını yüksək qiymətləndirib.

S. Lavrov bildirib ki, Rusiya İƏT-də 2005-ci ildən müşahidəçi olandan sonra tərəflər arasında münasibətlər çox intensiv inkişaf edir: “Fələstin-İsrail münaqişəsi, Suriya və Liviya ilə bağlı məsələlərdə mövqelərimizin kombinasiyasını çox vacib hesab edirik”.

Görüşdə Rusiya və İƏT arasında münasibətlər, regional problemlər, eləcə də terrorçuluğa qarşı mübarizədə görülən işlər müzakirə edilib. Bundan başqa, S. Lavrov və Yusif bin Əhməd əl-Useymi Fars körfəzi zonasındakı vəziyyəti, eləcə də İƏT ölkələri - Suriya, Liviya, Əfqanıstan və Sudandakı münaqişələrin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR