Serj Sarkisyan Ohanyanın işi ilə bağlı istintaqa ifadə verib

Serj Sarkisyan

© APA | Serj Sarkisyan

# 08 fevral 2023 12:31 (UTC +04:00)

Ermənistanın eks-prezidenti Serj Sarkisyan keçmiş müdafiə naziri, “Ermənistan” blokunun fraksiya lideri Seyran Ohanyanın mənimsəmədə ittiham olunduğu iş üzrə istintaqa ifadə verib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Anna Vardapetyan parlamentdə çıxışında bildirib.

“Bu iş çərçivəsində üçüncü prezident ifadə verib”, - prokuror deyib.

Anna Vardapetyan Seyran Ohanyanın qanun pozuntularına yol verməsi zaman birbaşa Serj Sarkisyanın göstərişi ilə hərəkət etməsinin sübut olunmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR