Seyran Ohanyan Ermənistan MTX-da şahid qismində dindirilib

Seyran Ohanyan

© APA | Seyran Ohanyan

# 11 yanvar 2023 14:12 (UTC +04:00)

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkənin Milli Təhlükəsizlik Xidmətində (MTX) şahid qismində dindirilib.

APA xəbər verir ki, bu barədə Ohanyan “news.am”a müsahibəsində bildirib.

“Böyük bir struktura rəhbərlik etmişəm, bu səbəbdən də müxtəlif suallar yaranır. Məni məlumat və izahat almaq üçün şahid kimi dəvət etdilər. İbtidai istintaqın məxfiliyinin qorunması səbəbi ilə digər təfərrüatlar barədə açıqlama vermək istəmirəm”, - Ohanyan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR