Sinqapur Prezidenti Qazaxıstana səfərə gedib

Kasım-Jomart Tokayev - Həlimə Yaqub

© APA | Kasım-Jomart Tokayev - Həlimə Yaqub

# 22 may 2023 11:15 (UTC +04:00)

Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub Qazaxıstana dövlət səfərinə gedib.

APA Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sinqapur liderinin rəsmi qarşılanma mərasimi baş tutub.

Hazırda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Həlimə Yaqub arasında görüş keçirilir.

Görüşdə ölkələrarası münasibətlər və regional məsələlərin müzakirə olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR