Slutski: "Rusiya AŞPA-nın heç bir sanksiyasına dözməyəcək"

Slutski: "Rusiya AŞPA-nın heç bir sanksiyasına dözməyəcək"
# 14 iyun 2019 15:04 (UTC +04:00)

“Milli nümayəndə heyətlərinin hüquqlarından məhrum edilməsini qadağan edən qətnamə qəbul olunsa, biz Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) qayıtmağa hazırıq”.

APA-nın xəbərinə görə, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski deyib.

“Qətnamə təsdiqlənəcəyi təqdirdə, Rusiya nümayəndə heyəti iyunun 25-dən AŞPA-ya fəaliyyətini bərpa etməklə bağlı ərizə göndərəcək. Rusiya AŞPA-nın heç bir sanksiyasına dözməyəcək”, - deyə L.Slutski qeyd edib.

Onun sözlərinə görə, hesabatda Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə dair bir məhdudiyyət belə olsa, Rusiya təşkilatda qalmayacaq: “Biz yalnız eyni hüquqlar olması şərti ilə qayıdacağıq”.

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra AŞPA Rusiya nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edib. Nəticədə Rusiya nümayəndə heyəti AŞPA-nın fəaliyyətində iştirak etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR