Soçiyə enən təyyarədə yanğın baş verib

Soçiyə enən təyyarədə yanğın baş verib
# 09 iyun 2022 22:18 (UTC +04:00)

Kazan-Soçi reysi ilə hərəkət edən təyyarə enərkən şassidə yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Enişə keçərkən təyyarənin sol şasisi qismən yanıb, xəsarət alan yoxdur. Hava gəmisindəki 191 nəfər təxliyə edilib.

Soçi aeroportundan bildirilib ki, “Nordwind” şirkətinə məxsus təyyarədə baş verən yanğın söndürülüb, fövqəladə hal yoxdur. Aeroport adi rejimdə fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR